BMT: Fələstindəki səhiyyə müəssisələrinə edilən hücumlardan narahatıq

23:15 30 Noyabr 2023

Birləşmiş Millətlər Təşkilatı (BMT) Fələstində həm Qəzza zolağında, həm də İordan çayının qərb sahilində səhiyyə müəssisələrinə edilən hücumlardan narahatlığını ifadə edib.

Sitat.info xəbər verir ki, BMT-nin sözçüsü Stefan Güjarrik deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 7 oktyabrdan bəri Qəzza zolağında 203, İordan çayının qərb sahilində isə 224 hücum olduğunu açıqlayıb.

"Sözügedən hücumlarla bağlı narahatlığımızı ifadə etdik. Səhiyyə müəssisələri heç vaxt qarşıdurmada istifadə edilməməlidir", - Düjarrik deyib. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti