Rusiya Ukraynada keçirilən xüsusi əməliyyat zamanı xeyli itki verib.
SİTAT.İNFO Apa-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniyanın “SkyNews” telekanalına müsahibəsində bildirib.
“Biz xeyli qoşun itkisi verdik, bu, bizim üçün böyük faciədir”, - deyə Kremlin sözçüsü bildirib.
Martın 25-də Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatlar zamanı 1351 rusiyalı hərbçinin öldürüldüyünü, daha 3825 nəfərin yaralandığını bildirib.
Eyni zamanda, Rusiya Federasiyası Müdafiə Nazirliyinin martın 25-də verdiyi məlumata görə, Ukrayna tərəfinin itkiləri 30 min nəfər təşkil edib.