Ermənistanın “Fly Arna” aviaşirkəti Ermənistandan reysləri dayandırır.
Sitat,info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, buna səbəb şirkətin üzləşdiyi maliyyə problemləri olub.
Bildirilib ki, şirkətin səhmdarı olan Ermənistanın Milli Maraqlar Fondu (ANİF) Dövlət Nəzarət Xidməti tərəfindən yoxlanılıb. Yoxlama zamanı qeydə alınan ciddi pozutular Baş nazir Nikol Paşinyana təqdim edilib.
“Paşinyan hesab edib ki, şirkət uçuşları dayandırmalıdır”, - məlumatda qeyd olunub.