Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabah ABŞ-a gedəcək.
Sitat.info xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Vaşinqtonda Ermənistan-ABŞ münasibətlərinin inkişafı ilə bağlı gündəliyin müzakirəsi planlaşdırılır.
Sonuncu dəfə Ermənistan rəsmisi ABŞ-a 2023-cü ilin iyulunda səfər edib.