Agentliyin müsabiqəsi ilə bağlı narazılıq: Şikayətlərə baxılacaq?

14:14 1 Dekabr 2023

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) reallaşdırdığı layihə müsabiqəsinin nəticələri Azərbaycan Kinematoqrafçılar İttifaqının nümayəndəsi ilə müzakirə olunub.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Müsabiqənin yeni adlar kəşf edəcəyi ümidi ilə sosial şəbəkələrdəki nigarançılıqlar da müzakirə olunub.

Agentlik nümayəndəsi hər bir müsabiqə iştirakçısının nəticələri apelyasiyaya vermək şansı yaradılacağını bildirib. Apelyasiya komissiyasının tərkibinin nüfuzlu kinematoqrafistlərinin olacağı bildirilib.

Bununla yanaşı, qalib ssenarilərin də inkişafa və redaksiyaya ehtiyac olduğu vurğulanıb.

Kino Agentlik ssenarilərin tam hazır vəziyyətə çatandan sonra isehsala buraxılacağını bildirib. Kinematoqrafçılar İttifaqının nümayəndəsi layihələrə ayrılan maliyyə vəsaitinin də elan edilməsi vacibliyini qeyd olunub.

Hər iki tərəf layihə müsabiqəsinin kinomuzun inkişafı üçün vacib bir mexanizm olmağı ilə yanaşı kinematoqrafçılarımızn pitçinq, təqdimat, müzakirə vərdişlərinin artmasının və qiymtələndirmə mexanizminin kamilləşməsinin vacibliyini qeyd ediblər.

Uzun müddət kino istehsalının dövlət maliyyələşməsindən sonra layihələrin operativ maliyyələşdirməsi kinomuzda canlanma yaradacağı əminliyi ifadə olunub.



Xəbər xətti