Əziz Orucov yenidən hakim qarşısına çıxarılır

16:01 1 Dekabr 2023

Əziz Orucov həbs qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti verib. 

Sitat.info xəbər verir ki, bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova öz Feysbuk səhifəsində məlumat yayıb.

O qeyd edib ki, şikayətə Apellyasiya Məhkəməsində 4 dekabr saat 15:00-da baxılacaq.

Qeyd edək ki, Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 28 noyabrda 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 188.2-ci (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham olunur.



Xəbər xətti