İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağının işğalına çağırıb.
Sitat.info xəbər verir ki, Ben-Qvir X sosial media platformasında verdiyi açıqlamada İsraildən Qəzzaya hücumlarını fasiləsiz davam etdirməsini tələb edib.
Qəzzanı işğal etməyə çağıran Ben-Qvir, "Biz bütün gücümüzlə Qəzzanı əzməli, HƏMAS-ı məhv etməli və Qəzza zolağına qayıtmalıyıq" deyib.
Ben-Qvir İsrail və HƏMAS arasında əldə edilən və bu gün səhər saatlarında başa çatan müvəqqəti atəşkəsə reaksiya verib.
İsrail naziri həmçinin Qəzzaya hücumların bərpa olunmayacağı təqdirdə Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətini dağıtmaqla hədələyib.
Məğrur,
Sitat.info