“ABŞ mərkəzli dünyanın sonu  yaxınlaşır” - Peskov

17:46 1 Dekabr 2023

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu gün jurnalistlərin suallarını cavablandırarkən. ABŞ əleyhinə fikirlər səsləndirib. 

ABŞ Dövlət Departamenti rəsmisinin "Vaşinqtonun 10 ilin sonunda Rusiyanın neft və qaz gəlirlərinin yarıya qədər azalmasını təmin etmək üçün hər şeyi edəcəyi"  istiqamətindəki açıqlamasını dəyərləndirən Peskov, bu açıqlama olmadan da ABŞ-ın Rusiya əleyhinə sanksiyaları uzun müddət davam etdirəcəyini bildiklərini söylədi. 

Sitat.info xəbər verir ki, Peskov, Vaşinqtonun Rusiyaya təzyiqləri davam edərkən bütün beynəlxalq ticarət və iqtisadi əlaqələr sisteminə də təzyiq göstərəcəyini deyib. Deyib ki, Moskva buna uyğun tədbirlər görür. 

"Amerika mərkəzli dünya sona yaxınlaşır və beynəlxalq iqtisadi əlaqələr də daxil olmaqla diversifikasiya dövrü başlayır. ABŞ ən böyük iqtisadiyyatdır, lakin yeganə iqtisadiyyat deyil və dünya iqtisadiyyatı ABŞ iqtisadiyyatı ilə məhdudlaşmır. ABŞ-ın arxasında Çin iqtisadiyyatı dayanır”. 

Rusiyanın OPEC+ formatında iştirakını davam etdirəcəyini qeyd edən Peskov deyib ki,  təşkilat “enerji bazarlarının sabitləşməsinə və davam etdirilməsinə, əsas enerji resurslarının qiymətlərinin sabit səviyyədə saxlanmasına şərait yaradılmasına”  töhfə verir. 

Nərgiz,

Sitat.info

 



Xəbər xətti