Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Ukrayna ilə bağlı siyasətini qınayıb.
Sitat.info "Ria Novosti”yə istinadən xəbər verir ki, Lavrov Qərbin davranışlarını rəqslə müqayisə edib: " Ukrayna böhranının siyasi yolla həlli tanqo kimi hər iki tərəfdən səy tələb edir, lakin Rusiyanın rəqibləri solo breykdans edir.
ATƏT xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında nazir, Ukrayna münaqişəsinin həlli mümkünlüyü ilə bağlı sualı cavablandırıb. O qeyd edib ki, Rusiya hələ də Kiyevdən və onun “ağalarından” siyasi prosesə keçməyə hazır olduqları barədə siqnallar görmür.
“Siyasi prosesə başlamaq üçün tanqoda olduğu kimi iki tərəf lazımdır. Amma qarşı tərəfdəki uşaqlar tanqo deyil, breykdans edir. Bu isə solo çıxışdır”, - deyə nazir istehza ilə bildirib.
Məğrur,
Sitat.info