Qəzzada törədilən qırğın üçün ABŞ-dan 14 milyard dollar dəstək

18:01 1 Dekabr 2023

İsrailə hər il təxminən 4 milyard dollar hərbi yardım edən ABŞ, atəşkəsə qarşı çıxdığı Qəzzada İsrailin qırğınlarını davam etdirməsinə imkan verən 14 milyard dollarlıq hərbi yardım köçürməyə hazırlaşır.

Qurulduğu gündən bu yana Fələstin torpaqlarını addım-addım işğal edən və bu prosesdə yüz minlərlə fələstinlini öldürən İsrailin hərbi xərclərinin böyük bir hissəsini Tel Əvivə 1948-ci ildən bəri cəmi 130 milyard dollarlıq hərbi dəstək verən ABŞ qarşılayır.

İsrail ordusunun 7 Oktyabrda başlayan Qəzzaya hücumlarında təxminən 50 gün ərzində əksəriyyəti uşaq və qadın olmaqla 14 mindən çox insan həyatını itirib. Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada 46 gündə 5300 uşağın öldürüldüyünə diqqət çəkilib.

Kənan

Sitat.info



Xəbər xətti