Nigeriyada zəncirvari yol qəzası: 25 ölü, 15 yaralı

18:10 1 Dekabr 2023

Nigeriyanın Kvara əyalətində bir yanacaq tankeri, bir sərnişin avtobusu və iki nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari yol qəzasından sonra baş verən yanğında ilkin məlumatlara görə, 25 nəfər həyatını itirib.

Sitat.info xəbər verir ki, Kvara Yanğın Xidmətinin sözçüsü Hassan Adekunle bildirib ki, Jebba-Bode şossesində yanacaqla dolu tankerin hərəkətdə olan sərnişin avtobusu və iki nəqliyyat vasitəsinə çırpılması nəticəsində yanğın baş verib.

Adekunle bildirib ki, ilkin məlumata görə, yanğında 25 nəfər ölüb, 15 nəfər yaralanıb.

Kənan

Sitat.info



Xəbər xətti