Ərdoğan Fələstin dövlətinin qurulmasını gündəmə gətirdi: "Daha ədalətli dünya mümkündür"

18:50 1 Dekabr 2023

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 28-ci Konfransı çərçivəsində keçirilən Dünya İqlim Fəaliyyəti Sammitində çıxış edib.

Sitat.info xəbər verir ki, Ərdoğan yenə Qəzzada baş verənlərlə bağlı danışıb.

O bildirib ki, Qəzzada baş verənlər insanlığa qarşı cinayətdir, müharibə cinayətidir, günahkarlar beynəlxalq hüquq qarşısında cavab verməlidir.
 

 Koronavirus epidemiyası və Ukrayna-Rusiya müharibəsindən sonra dünyanın Qəzzada törədilən qırğınların acı nəticələri ilə üzləşdiyini ifadə edən Ərdoğan,  deyib ki, Türkiyə bütün bu böhranlarda sülhün yanında olub, ədalət və bərabərlik əsasında həll yoluna çalışıb.

Fələstin torpaqlarında yaşanan humanitar böhrana toxunan Türkiyə lideri Fələstin dövlətinin qurulmasının vacibliyinə toxunub: "İsrailin hücumları nəticəsində çoxu uşaq və qadın olan 16 mindən çox günahsız fələstinli mülki şəxsin həyatını itirməsinə heç bir şəkildə haqq qazandırmaq olmaz. Qəzzada baş verənlər insanlığa qarşı cinayətdir, müharibə cinayətidir və cinayəti törədənlərə qarşı cinayətdir. Bu cinayəti törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidir.

Son hadisələrlə biz hamımız 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və ərazi bütövlüyü olan  Fələstin Dövlətinin qurulmasının vacibliyini bir daha gördük. Türkiyə olaraq onun qurulması və təchizatı baxımından hər cür məsuliyyəti öz üzərimizə götürməyə hazırıq. “Dünya 5-dən böyükdür” və “Daha ədalətli dünya mümkündür” devizimizi burada bir daha vurğulamaq istərdim”.

Nərgiz,

Sitat.info 



Xəbər xətti