Qəzzada törədilən qırğınlara ABŞ-dan 14 milyard dollarlıq dəstək

18:55 1 Dekabr 2023

Qəzzaya hücumlarında 40 min ton partlayıcıdan istifadə edən İsrailin boşalan sursat anbarını, ABŞ tonlarla silah və hərbi texnika yüklü təyyarə və gəmilərlə dolduraraq, Təl-Əvivə dəstək üçün bölgəyə əlavə hərbi qüvvələr göndərib.

Sitat.info xəbər verir ki, “humanitar fasilə”dən sonra hücumlarına davam edəcəyini açıqlayan İsrail Qəzzada qətliamın davam etdirilməsi üçün Bayden rəhbərliyinin ayırdığı milyardlarla dollar vəsaiti gözləyir.

Qəzzanı dağıtmaq üçün 50 milyard dollardan çox pul xərcləməyə hazır olan İsrail rəhbərliyinin büdcəsinin üçdə birini ABŞ ilk günlərdə təmin etmiş olacaq.

Hər il İsrailə təxminən 4 milyard dollar hərbi yardım edən Vaşinqton administrasiyası, İsrailin Qəzzada törətdiyi soyqırım hücumlarını dəstəkləmək üçün əlavə olaraq Konqresdən 14 milyard dollarlıq hərbi yardım istəyib.

Tarixdə bir anda İsrailə verilən ən böyük hərbi yardım olaraq xarakterizə edilən yardım paketi ABŞ-ın qurulduğu gündən bəri İsrailə etdiyi ümumi hərbi yardımın təxminən onda biri həcmindədir. 

Məğrur,

Sitat.info



Xəbər xətti