Dekabrın 1-də humanitar fasilənin bitməsi ilə İsrail Ordusunun başlatdığı hücumlarda Qəzza zolağının 178 sakini həlak olub.
Sitat.info xəbər verir ki, bu məlumatı Qəzza bölgəsinin Səhiyyə Nazirliyi yayıb.
Eyni zamanda, bildirilib ki, 589 nəfər xəsarət alıb, yaralıların əksəriyyəti qadın və yeniyetmələrdir.
Qeyd edək ki, Tel-Əviv və HƏMAS atəşkəsi daha bir gün uzatmağa razılaşıblar. Lakin dekabrın 1-i səhər saatlarında döyüşlər yenidən başlayıb.
Xatırladaq ki, bu gün əksər dövlət rəhbərləri və beynəlxalq təşkilatlar humanitar fasilənin davam etməsini istəyiblər.
Nərgiz,
Sitat.info