Papikyan ordunun resursundan bu istiqamətdə istifadə edir

14:40 2 Dekabr 2023

Ermənistan hakimiyyəti müxalifət partiyalarını təmsil edən yerli özünüidarəetmə orqanları rəhbərlərinə qarşı repressiyalar həyata keçirir.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan mətbuat konfransında bildirib.

Zurabyanın sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun rəhbərlik etdiyi partiya istintaq strukturları və Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlıq edərək, arzuolunmaz icma liderlərindən xilas olmaq niyyətindədir.

Üstəlik, müxalifət merlərinə qarşı bu kampaniyaya müdafiə naziri Suren Papikyan da qoşulub:

“Müdafiə naziri Suren Papikyan bu məqsədlə tez-tez Müdafiə Nazirliyinin və bütövlükdə ordunun resurslarından istifadə edir”.

O qeyd edib ki, bir il əvvəl, Arkadi Tamazyan Alaverdi meri seçildiyi gün Müdafiə Nazirliyi birdən “xatırlayıb” ki, Ağsaqqallar Şurasının iki nümayəndəsi hərbi xidmətə cəlb olunmalıdır. Və Müdafiə Nazirliyinin təşəbbüsü ilə polis reyd keçirib, məqsəd seçkiləri pozmaq olub.

O bildirib ki, oxşar vəziyyət 2021-ci ilin dekabrında keçirilən yerli seçkilərdə qalib gəldikdən sonra həbs edilən Böyük Qarakilsə şəhərinin meri Mamikon Aslanyanla da yaşanıb.



Xəbər xətti