Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov təqaüdə göndərilib.
Sitat.info xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, İ.Osmanov 2009-cu ildən Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi idi.