Qəzzada 73 jurnalist öldürülüb

12:15 4 Dekabr 2023

Qəzza hökuməti oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda 73 jurnalistin həyatını itirdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Qəzza Media Ofisinin baş direktoru İsmail əs-Səvabitə Əqsa Şəhidləri Xəstəxanası qarşısında keçirdiyi mətbuat konfransında İsrailin hücumlarında həyatını itirən mətbuat mənsubları haqqında məlumat verib.

İsrailin bu gün təşkil etdiyi hücumlarda daha 3 jurnalistin həyatını itirdiyini bildirən Svabitə, İsrailin həqiqətlərə işıq salan və faktları çatdıran mətbuat mənsublarını hədəf almağa davam etdiyini vurğulayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti