Türkiyədə Mərmərə dənizinin Gəmlik körfəzində 5,1 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin 9 kilometr dərinliyində qeydə alınıb.
Yeraltı təkan İstanbul, Bursa və Kocaelidə hiss edilib.
İstanbulun valisi Davud Gül zəlzələ nəticəsində hansısa itki və dağıntı olmadığını açıqlayıb.
***
Türkiyədə bu gün baş vermiş zəlzələ zamanı İstanbulun Esenler rayonunda 1 bina, Bursanın Mudanya rayonunda isə 1 ev zərər görüb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X hesabında yazıb.
Nazirin sözlərinə görə, 2 nəfər pilləkənlərdən yıxılıb. Amma onların səhhəti yaxşıdır.