Həbsdəki oğluna “Ayfon” ötürmək istədi

17:08 4 Dekabr 2023

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsinin qarşısı alınıb.

Sitat.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat yayıb.

Bildirilib ki, məhkum Fərid Adalarda oğlu Məhərrəmova anası Pürüzə Balamməd qızı Məhərrəmovanın gətirdiyi sovqatdakı paltonun cibində gizlədilmiş bir ədəd “Ayfon” markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti