BMT bəyan edib ki, Qəzzada təxminən 1,9 milyon insan (İsrailin hücumları səbəbindən) köçkün düşüb ki, bu da əhalinin 80 faizindən çoxunu təşkil edir.
Sitat.info xəbər verir ki, dünyanın atəşkəs çağırışlarına baxmayaraq, İsrail Qəzza zolağına hücumlarını davam etdirir.
Qəzza zolağının şimalında olduğu kimi, cənubda da Xan Yunusə qurudan hücuma keçən İsrail ordusu bölgəyə qarşı hava hücumlarını da artırıb.
Ordunun verdiyi açıqlamada, gecə saatlarında Qəzzada 200-ə yaxın məntəqənin vurulduğu bildirilib.
Yerləşdiyi yerlərin HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına aid “hədəflər” olduğu iddia edilib.
Səhiyyə Nazirliyinin dünən Qəzzada verdiyi açıqlamaya görə, İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi hücumlarda 6 min 150-dən çoxu uşaq, 4 mindən çoxu qadın olmaqla 15 min 523 fələstinli həlak olub, 41 min 316 fələstinli isə yaralanıb.
UNICEF: Qəzzada uşaqlara qarşı müharibəni dayandıra biləcəyimizə inanmalıyıq.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsrailin intensiv hücumlar həyata keçirdiyi Qəzzada vəziyyət və işlərlə bağlı paylaşım edib.
Qəzzada vəziyyətin uşaqlar və qadınlar üçün getdikcə pisləşdiyini ifadə edən Elder bu sözləri deyib: "Qəzzanın cənubundakı hücumlar ən az şimaldakılar qədər şiddətlidir. Uşaqlara qarşı müharibəni dayandıra biləcəyimizə inanmalıyıq. Susmaq şərik olmaqdır”.
"Qəzzanın cənubundakı 1,8 milyon insan haqqında düşünməkdən əl çəkə bilmirəm" - deyə UNİCEF sözçüsü təəəssüfünü ifadə edib.
Nərgiz,
Sitat.info