Oktyabrın 7-dən bəri Qəzzada öldürülən jurnalistlərin sayı 61-ə yüksəlib.
Sitat.info xəbər verir ki, Jurnalistləri Müdafiə Komitəsi (CPJ) oktyabrın 7-dən etibarən Qəzzada öldürülən, yaralanan, itkin düşən və ya saxlanılan jurnalistlərin sayını yeniləyib.
Dekabrın 3-nə olan məlumata görə, ölən jurnalistlərin sayı 61, yaralanan jurnalistlərin sayı isə 11 nəfərdir. 19 jurnalistin saxlanıldığı bildirilir, 3 nəfər itkin düşüb.
Bir çox jurnalistlər də xidməti vəzifələrini yerinə yetirərkən ailə üzvlərini itirib.
Ayna,
Sitat.info