Qəzza əhalisinin 80 faizindən çoxu didərgin düşüb

17:33 4 Dekabr 2023

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzzaya hücumları nəticəsində əhalinin 80 faizindən çoxuna bərabər olan təqribən 1,9 milyon insanın didərgin düşdüyünü açıqlayıb.

Sitat.info xəbər verir ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardımnİdarəsi tərəfindən edilən açıqlamada, İsrailin Fələstinlilərə qarşı hücumları nəticəsində Qəzza əhalisinin 80 faizindən çoxuna bərabər olan 1,9 milyon insanın evindən didərgin düşdüyü bildirilib.

Açıqlamada oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsində Qaçqınlar İdarəsinin 111 əməkdaşının həyatını itirdiyi, dekabrın 2-dən etibarən isə 1,2 milyon köçkünün Qaçqınlar İdarəsinin 156 mərkəzində sığındığına diqqət çəkilib.

Kənan

Sitat.info



Xəbər xətti