İsrail ordusu Hizbullahın qərargahını vurdu

18:28 4 Dekabr 2023

İsrail Müdafiə Ordusu Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullahın infrasturktur və hərbi əməliyyatlar üzrə binasına hava zərbəsi endirib.

Sitat.info xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, dekabrın 4-də keçirilən əməliyyat qırıcılar və zərbə PUA-ları tərəfindən reallaşıb.

Məlumata görə, Livandan İsrail ərazisinə raket buraxılıb. İsrailin Müdafiə Ordusu da cavab zərbəsi endirib.



Xəbər xətti