Rusiyada havanın temperaturu mənfi 56 dərəcəyə çatıb

22:53 4 Dekabr 2023

Rusiyanın Sibir bölgəsində yerləşən Yakutiyada termometrlər mənfi 56 dərəcəni göstərib. Paytaxt Moskva ağ rəngə bürünüb. Rusiyada qışın gəlməsi ilə havanın temperaturu aşağı düşüb.

Sitat.info xəbər verir ki, Rusiyanın Sibir bölgəsində yerləşən Yakutiyada havanın temperaturu mənfi 56-dərəcəyə qədər düşüb. Yakutiyada yerləşən Yakutskda havanın temperaturu mənfi 44 ilə mənfi 47 arasında ölçüldüyü halda, Oymyakonda axşam saatlarında havanın temperaturu mənfi 56 dərəcə olaraq qeydə alınıb.

Mütəxəssislər külək və rütubəti nəzərə alsaq, Oymyakonda temperaturun mənfi 60 dərəcədən çox hiss ediləcəyini və gecə ərzində temperaturun daha da aşağı düşəcəyini bildiriblər.

Kənan

Sitat.info

​​​​



Xəbər xətti