Qəssam Briqadaları 28 İsrail hərbi maşınını vurduqlarını açıqladı

23:42 4 Dekabr 2023

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında İsrail ordusuna aid 28 hərbi maşını hədəf aldıqlarını açıqlayıb.

Sitat.info xəbər  verir ki, Qəssam Briqadaları tərəfindən edilən yazılı açıqlamada Qəzza zolağının müxtəlif yerlərində İsrail ordusuna aid hədəflərin vurulduğu bildirilib.

Açıqlamada Qəzzada son 24 saatda İsrail ordusuna aid 28 hərbi maşının bütün cəbhələrdə hədəfə alındığı və bu vasitələrin bir hissəsinin tamamilə, bəzilərinin isə qismən məhv edildiyi qeyd edilib.

Kənan

Sitat.info



Xəbər xətti