Lavrov "Məni rahat buraxın" ifadəsini kimə deyib?

09:17 5 Dekabr 2023

Xarici işlər naziri Sergey Lavrovun “Məni rahat buraxın” ifadəsi təşkilatın fotoqrafına ünvanlanıb.

Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ATƏT-in Skopyedə keçirilən iclası zamanı Lavrovun çıxışını yarımçıq kəsməsi barədə danışarkən deyib.

“Bu, təşkilatçılardan olan bir fotoqraf idi. Rusiyalı nazirin görüşdə olduğuna sadəcə inanmadı, gözlərinə inana bilmirdi və çox yaxınlaşmaq qərarına gəldi", - Zaxarova söyləyib.

Qeyd edək ki, xarici işlər naziri Sergey Lavrov noyabrın 30-da ATƏT Nazirlər Şurasının iclası zamanı çıxışını “Məni rahat buraxa bilərsənmi, xahiş edirəm” ifadəsi ilə yarımçıq kəsib. Tədbirin yayımı zamanı nazirin bu iradını kimə ünvanladığı bəlli olmayıb.



Xəbər xətti