İsrail Qəzzada evləri hədəfə alıb

10:02 5 Dekabr 2023

İsrail ordusu Qəzza zolağının müxtəlif yerlərində evləri və binaları hədəfə alaraq onlarla fələstinlini qətlə yetirib.

Sitat.info xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu gecə saatlarında Qəzza zolağının şimal və cənub bölgələrində mülki binaları, evləri və xəstəxanaların ətrafını hədəfə almağa davam edib.

İsrail qüvvələri Qəzza şəhərinin Şeyx Rıdvan bölgəsinin cənubunda əl-Yazici ailəsinə məxsus binanı hədəfə alaraq, aralarında qadın və uşaqlar da daxil olmaqla çox sayda insanı öldürüb və yaralayıb.

Kənan

Sitat.info



Xəbər xətti