ABŞ İranı ticarət gəmilərinə hücumlarda günahlandırır

10:07 5 Dekabr 2023

ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan deyib ki, İran Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlara görə son nəticədə məsuliyyət daşıyır.

Sitat.info xəbər verir ki, Sallivan Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

ABŞ-ın digər ölkələrlə yeni hücumların qarşısını almaq üçün "dəniz işçi qrupları" yaratmaq mövzusunda danışdığını ifadə edən Sullivan: "Başqaları ilə məsləhətləşərək müvafiq addımlar atacağıq və bunu seçdiyimiz vaxt və yerdə edəcəyik", - deyib.

Kənan

Sitat.info



Xəbər xətti