Ukraynanın Donetsk vilayətinin Rusiyanın nəzarəti altında olan Makeevka şəhəri yaxınlığında azərbaycanəsilli sakin Əhədulla Şirxan oğlu Qəniyev öldürülüb.
Sitat.info xəbər verir ki, Ə.Qəniyevi qondarma Donetsk Respublikası silahlıları tərəfindən qətlə yetirilib.
Belə ki, silahlılar Makeevka ətrafında yaşayan və uzun illərdir şəxsi təsərrüfatla məşğul olan soydaşımızı əvvəlcə qarət ediblər. Onun xırda tutumlu avtobusu əlindən alınıb. Buna etiraz etdikdə isə silahlılar tərəfindən avtomatın qundağı ilə döyülərək öldürülüb.
Qeyd edək ki, Ə.Qəniyev Azərbaycanın Lənkəran rayonunda anadan olub. O, uzun illərdir Donetskdə yaşayırmış.