Bu ilin sonunadək Qarabağa nə qədər ailə köçürüləcək?

12:45 5 Dekabr 2023

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub.

Sitat.info xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir.



Xəbər xətti