Xankəndinin mərkəzindəki meydana Zəfər meydanının adının verilməsi təklif edilir.
Sitat.info xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı dekabrın 5-də keçirilən parlamentin plenar iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.
Deputat təklif edib ki, həmin meydanda işğalda olan ərazilərimizin azad olunması əvəzsiz xidməti olan Silahlı Qüvvələrimizin qəhərmanlarının monumenti yerləşdirilsin.