ABŞ-da çıxan The Wall Street Journal (WSJ) qəzeti İsrailin Qəzza zolağındakı tunellər üçün yeni planı olduğunu iddia edib.
Sitat.info xəbər verir ki, ABŞ rəsmilərinə əsaslanan məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzada geniş tunel şəbəkəsini dəniz suyu ilə doldurmaq üçün keçən ayın ortalarında Şati Qaçqın Düşərgəsinin təxminən 1,6 kilometr şimalında böyük nasoslar sistemi quraşdırıb.
Quraşdırılmış ən azı 5 nasosun Aralıq dənizindən su çəkə biləcəyi və saatda minlərlə kubmetr su daşıya biləcəyi, tunelləri bir neçə həftə ərzində su altında qoya biləcəyi deyilir. Xəbərdə İsrailin məsələni ilk olaraq noyabrın əvvəlində ABŞ-a çatdırdığı, planın hərbi və ətraf mühitə təsiri ilə bağlı müzakirələrin aparıldığı deyilir.
ABŞ rəsmiləri bildiriblər ki, İsrail hökumətinin planı hansı mərhələdə həyata keçirəcəyini bilmirlər, lakin hələlik yekun qərar verilməyib.
Sözügedən xəbərdə İsrail ordusunun planının tunelləri zərərsizləşdirə biləcəyi, lakin bunun Qəzza zolağındakı təmiz suyu çirkləndirə və infrastruktura zərər verə biləcəyi qeyd edilib.
Plandan xəbərdar olan bir məmur qəzetə bildirib ki, tunellərin su ilə doldurulması həftələr çəkəcək və Həmasın, eləcə də girovların təxliyyəsi üçün zaman olacaq.
İsrail Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməsə də, HƏMAS-dan əvvəlki açıqlamada israilli girovların tunellərdə və təhlükəsiz bölgələrdə saxlandığı bildirilmişdi.
Nərgiz,
Sitat.info