Zelenski bu gün senatorlarla gizli görüş keçirəcək

16:15 5 Dekabr 2023

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı senatorlarla təhlükəsiz videorabitə vasitəsilə gizli brifinq keçirəcək.

Sitat.info xəbər verir ki, bu barədə “Hill” nəşri ABŞ Senatında Demokratların lideri Çak Şumerə istinadla məlumat yayıb.

Senatorun sözlərinə görə, Zelenski onlara Ukraynadakı hərbi vəziyyət, həmçinin əlavə hərbi yardıma ehtiyac barədə məlumat verməlidir.

Bildirilib ki, Zelenskinin senatorlarla brifinqi Ukraynaya 61 milyard dollarlıq paketin ayrılması ilə bağlı Senatda səsvermədən bir gün əvvəl baş tutacaq.



Xəbər xətti