İndoneziyanın Sumatra adasının qərbindəki Marapi vulkanının püskürməsi nəticəsində həyatını itirənlərin sayı 22-yə yüksəlib.
Sitat.info xəbər verir ki, İndoneziyanın Qərbi Sumatra əyalətinin Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Əbdül Malik açıqlamasında itkin düşən 12 alpinistdən 11-nin cəsədinin tapıldığını bildirib.
Region polisi hələ də tapılmayan bir alpinistin partlayışların baş verdiyi əraziyə yaxın olması səbəbindən öldüyünə inandıqlarını və ölən alpinistlərin cəsədlərinin şəxsiyyətlərinin müəyyən edilməsi üçün xəstəxanaya aparıldığını açıqlayıb.
Kənan
Sitat.info