Qəzzada hər 10 dəqiqədə 1 uşaq öldürülür

17:22 5 Dekabr 2023

ÜST-nin işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Riçard Peeperkorn Qəzzada hər 10 dəqiqədə 1 uşağın öldürüldüyünü deyib. O deyib: "Bu mənada insanlığın ən qaranlıq anına yaxın olduğumuzu düşünürəm. Qəzza üçün daimi atəşkəsə ehtiyacımız var".

Sitat.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Riçard Peeperkorn Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn olaraq iştirak edərək, İsrailin blokadası altında olan Qəzzada vəziyyətlə bağlı qiymətləndirmələr edib. 

Oktyabrın 7-dən bu yana Qəzzada təxminən 16 min adamın öldürüldüyünü xatırladan Peeperkorn deyib: "Ölənlərin yüzdə 60-dan çoxu qadın və uşaqdır. 42 mindən çox adam yaralanıb".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti