İsrailin hücumlarını davam etdirdiyi Qəzzada su, qida, dərman və gigiyena məhsullarının olmaması səbəbindən epidemik fəlakət yaşandığına dair xəbərdarlıq edilib.
Sitat.info xəbər verir ki, Fələstinin səhiyyə naziri Mey Keyle mətbuat konfransında Qəzzada sağlamlıq vəziyyəti ilə bağlı məlumat verib.
Keyle bildirib ki, İsrailin hücumları nəticəsində didərgin düşmüş mülki şəxslərin qaldığı məktəb və xəstəxana kimi qaçqın mərkəzlərində epidemiya halları sözün əsl mənasında fəlakətli səviyyəyə çatıb.
Qəzzada səhiyyə sektorundakı problemlərə də toxunan Keyle bölgədə dərman qıtlığının olduğunu yataq tutumunun yetərli olmadığını bildirib.
"20 xəstəxana hələ də xidmət göstərmir. Qəzzanın cənubundakı xəstəxanaların doluluq nisbəti 216 faizi keçib. Bundan əlavə, ciddi kadr, dərman, tibbi ləvazimat və yanacaq çatışmazlığı var".
İsrailin hücumları səbəbiylə Qəzza əhalisinin təxminən 80 faizini təşkil edən 1,8 milyondan çox insanın didərgin düşdüyünü qeyd edən Keyle, Qəzzada misli görünməmiş bir humanitar böhran yaşandığını və İsrailin hücumları nəticəsində infrastrukturun məhv edildiyini bildirib. Qəzzada ölənlərin 15 min 900-ü, yaralıların sayının isə 42 mini keçdiyini bildirən Keyle, onların yüzdə 70-dən çoxunun qadın və uşaq olduğuna diqqət çəkib.
Qəzzada su, qida, dərman və gigiyena materiallarının çox qıt olduğuna diqqət çəkən səhiyyə rəsmisi, bunun qaçqınlar arasında xəstəlik və epidemiyaların sürətlə yayılmasına səbəb olduğunu və epidemik fəlakətə səbəb olduğunu bildirib.
Bir ayda ishal halları ötən iki ildəki halların sayını keçdi
Hadisələrin "dəhşətli ölçüyə" çatdığına diqqət çəkən Keyle, bölgədəki xəstəlik və epidemiya halları ilə bağlı bu məlumatları verdi:
"117 min kəskin respirator infeksiya, 5 yaşa qədər uşaqlarda 86 min ishal və susuzlaşdırma, 26 min qotur və bit, 2 min 400-dən çox suçiçəyi hadisəsi aşkar edilib. Qəzzada cəmi bir ayda " Uşaqlarda ishal halları 2020 və 2021-ci illərdə qeydə alınan eyni yaş qrupundakı ishal hadisələrini 2 dəfə üstələyib. Hepatit hallarında da artım olub".
Nərgiz,
Sitat.info