"İsrail mülki vətəndaşları qəsdən öldürmür, günahkar HƏMAS-dır" - Metyu Miller

19:34 5 Dekabr 2023

Netanyahu administrasiyasını hər zaman müdafiə ABŞ Dövlət Departamentindən İsrailin Qəzzaya hücumlarında mülki vətəndaşların öldürülməsi ilə bağlı açıqlama verilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin  İsrailin mülki vətəndaşları qəsdən öldürdüyünə dair heç bir dəlil görmədiklərini bildirib.

“Mən onların mülki insanları qəsdən öldürdüyünə dair heç bir dəlil görmədim. Biz inanırıq ki, çoxlu mülki vətəndaş həlak olub. Lakin bu  vəziyyətin əsas səbəbkarı HƏMAS-dır. HƏMAS mülki vətəndaşlar arasında, onların evlərində, məscidlərində, məktəblərdə və kilsələrində möhkəmlənib. Mülki şəxsləri təhlükəyə atan HƏMAS-dır”.

Miller bildirib ki, ilk həftələrdə çoxlu sayda fələstinlinin öldürüldüyü heç kimə sirr deyil: "Biz İsraildən beynəlxalq humanitar qanunlara riayət etmələri və mülki itkiləri minimuma endirmələri barədə gözləntilərimizi açıq şəkildə ifadə etmişik. Qəzzanın şimalında baş verənlərin cənubda təkrarlanmasını görmək istəmirik". 



Xəbər xətti