Netanyahu ilə israilli məhbusların qohumları arasında mübahisə

22:12 5 Dekabr 2023

İsrail mediası baş nazir Benyamin Netanyahu ilə Qəzza zolağında israilli məhbusların qohumlarının mübahisə etdiyini yazıb.

Sitat.info xəbər verir ki, Netanyahu Qəzzada israilli məhbusların ailələri ilə görüşüb.

İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi Tel-Əvivdə keçirilən görüşdən heç bir görüntü paylaşmayıb.

Digər tərəfdən, İsrail mətbuatında yer alan xəbərlərə görə, görüş zamanı Netanyahu ilə əsirlərin yaxınları arasında mübahisə yaşandığı bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti