Azərbaycan şəhərində yanğın: 9 nəfər xəsarət aldı

12:06 6 Dekabr 2023

Dekabrın 5-də axşam saatlarında Şərqi Azərbaycanın Tufarqan (Azərşəhr) şəhərində yerləşən sənaye şəhərciyində güclü yanğın olub.

Sitat.info xəbər verir ki, bu barədə əyalət valiliyinin Böhran İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, boya zavodunda baş verən yanğın nəticəsində xəsarət alan 9 nəfər Üskü və Tufarqan xəstəxanalarına yerləşdiriliblər.

Yanğının başvermə səbəbləri barədə məlumat verilməyib. Hadisənin araşdırıldığı bildirilib.



Xəbər xətti