Azərbaycan şəhərində yağ zavodu yandı

14:29 6 Dekabr 2023

Dekabrın 5-i axşam saatlarında Ərdəbil şəhərində yerləşən yağ zavodunda güclü yanğın meydana gəlib.

Sitat.info xəbər verir ki, bu barədə Ərdəbil Bələdiyyəsinin Yanğından mühafizə bölməsinin başçısı Qurban Kaci məlumat yayıb.

O, yanğının söndürülməsi üçün 8 yanğınsöndürmə dəstəsinin cəlb edildiyini, bir neçə saat ərzində yanğının yayılmasının qarşısının alındığını deyib.

Kaci yanğının səbəbləri, xəsarət alanlar və maddi ziyan barədə açıqlama vermədən araşdırmalar və dəyərləndirmələr aparıldığını bildirib.



Xəbər xətti