Putin Əbu-Dabiyə getdi

14:45 6 Dekabr 2023

Rusiya Prezidenti Vladimir Putin Əbu-Dabiyə səfər edib. Burada Prezident Məhəmməd bin Zayed ən-Nəhyan ilə danışıqlar aparacaq.

Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Ölkə başçıları Rusiya-BƏƏ əməkdaşlığının vəziyyətini, gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər. Həmçinin Yaxın Şərq regionundakı vəziyyətə xüsusi diqqət yetirilməklə cari beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Əbu-Dabidəki danışıqlardan sonra Putin Ər-Riyada gedəcək. O, burada Səudiyyə Ərəbistanının vəliəhdi və Nazirlər Şurasının sədri Məhəmməd bin Salman əs-Səudla görüşəcək.



Xəbər xətti