İran yeni biokapsulu kosmosa göndərdi

17:15 6 Dekabr 2023

İran yeni biokapsulu Yer atmosferindən kənara göndərib.

Sitat.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, 500 kq ağırlığında yeni biokapsul “Salman” daşıyıcı raketi ilə 130 km yüksəkliyə buraxılıb.

Bildirilib ki, kapsul insanın kosmosa göndərilməsi üçün yol xəritəsinin bir hissəsi kimi hazırlanıb. Layihə İran Müdafiə Nazirliyinin Aerokosmik Sənaye Təşkilatı tərəfindən həyata keçirilib.



Xəbər xətti