Qarabağ savaşı İrəvanın siyasətini dəyişdi - Kipiani

12:23 7 Dekabr 2023

Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi rolunu üzərinə götürə bilər və Tiflisin belə istəyi alqışa layiqdir. Lakin hazırda Gürcüstanın bu funksiyanı tam yerinə yetirmək üçün kifayət qədər resursu yoxdur.

Sitat.info xəbər verir ki, bunu “Geocase” analitik mərkəzinin rəhbəri, gürcü ekspert Viktor Kipiani deyib.

“Gürcüstanın vasitəçi roluna ehtiyatla, amma nikbin baxıram. İstənilən halda, mənəvi, psixoloji, siyasi və ideoloji baxımdan Gürcüstanın yardım göstərməyə hazır olması alqışa layiqdir. Hazırda mühüm geosiyasi dəyişikliklər baş verir ki, bu da ilk növbədə Ukraynadakı proseslərlə bağlıdır. Qarabağ müharibəsinin nəticələri Ermənistanın daxili və xarici siyasətinə böyük təsir göstərib. Digər tərəfdən, məhz bu nəticələr yeni imkanlar yaradıb. Əvvəla, bu, Bakı ilə İrəvan arasında danışıqlara aiddir, danışıqlar çətin getsə də, sülh müqaviləsinin imzalanması ilə yekunlaşacağına ümid var. Gürcüstan da sülh müqaviləsinin imzalanmasını gözləyir. Bu, regionda üç ölkənin maraqlarının bir araya gəlməsi üçün ilkin şərtlər yaradacaq, onu təkcə coğrafi deyil, həm də geoiqtisadi baxımdan daha qlobal rəqabətədavamlı və cəlbedici edəcək”, - o bildirib.



Xəbər xətti