HƏMAS silahlılarının İsrail tanklarını məhv etməsi doğrudur.
Sitat.info xəbər verir ki, bunu SEPAH-ın baş komandanı Hüseyn Salami yerli mediaya müsahibəsində deyib.
“Qəzza uşaqlarının İsrail tanklarını vurduqları barədə dedikləri doğrudur, onlar vurduqları tankları görür və sayırlar”, - Salami söyləyib.
SEPAH komandiri fələstinlilərə mütləq silah və sursat veriləcəyini bildirsə də, bunun nə vaxt, kim tərəfindən və necə həyata keçiriləcəyi barədə açıqlama verməyib.