Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Bəs görəsən hansı partiya sədrləri prezident seçkilərində namizədliyini irəli sürəcək?
Sitat.info bu sualla Müsavat Partiyasının başqanı Arif Hacılıya müraciət edib.
A. Hacılı vurğulayıb ki, yaxın vaxtlarda partiyanın kollegial qurumlarının toplantıları keçiriləcək və təyin edilən növbədənkənar seçkilər barədə qərarlar qəbul olunacaq.
Nərgiz,
Sitat.info