"Yaranmış siyasi vəziyyətlə bağlı Gələcək Azərbaycan Partiyası az öncə idarə heyətinin növbədənkənar toplantısı keçirilib.
İdarə heyətinin toplantısında növbədənkənar prezident seçkilərinin çağrılması geniş müzakirə edilib, əldə edilmiş qənaət bundan ibarət olub ki, məlum növbədənkənar prezident seçkilərinin elan edilməsi ilə bağlı qərar ölkədə yeni siyasi situasiya yaratmış olub".
Sitat.info xəbər verir ki, bu barədə partiya sədri Ağasif Şakiroğlu məlumat verib.
O bildirib ki, Partiya idarə heyətinin qərarı əsasında Gələcək Azərbaycan Partiyasının növbədənkənar prezident seçkilərinə hazırlaşması barədə qərar qəbul edilib: "Eyni zamanda digər qəbul edilmiş qərara əsasən partiyanın növbədənkənar prezident seçkilərində öz namizədi ilə iştirak etməsi, namizədin kimliyinin partiyanın növbədənkənar qurultayında müəyyən edilərək elan edilməsi qərara alınıb. Beləliklə partiya idarə heyətinin qərarı ilə Gələcək Azərbaycan Partiyası növbədənkənar qurultaya getmək barəsində qərar qəbul edib, növbədənkənar qurultayın 23 dekabr 2023-cü il tarixində keçirilməsi qərara alınıb".
Məğrur,
Sitat.info