Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi oktyabrın 7-dən bəri İsrailin hücumları altında olan Qəzza zolağında 132 əməkdaşının öldürüldüyünü açıqlayıb.
Açıqlamada, dekabrın 5-də BMT-nin daha 2 əməkdaşının öldürülməsi ilə 7 oktyabrdan bəri İsrailin hücumları altında Qəzza zolağında həyatını itirən işçilərin sayının 132-yə yüksəldiyi bildirilib.
Qəzza zolağında əhalinin 85 faizini təşkil edən 1,9 milyon fələstinlinin didərgin düşdüyü, dekabrın 5-dən etibarən isə 1,2 milyon qaçqın fələstinlinin Qəzza daxilində BMT-nin 155 obyektinə sığındığı qeyd edilib.
Bəyanatda 1 milyon köçkünün Qəzza zolağının mərkəzi hissəsində, cənubda Xan Yunis və Rəfahda yerləşən 98 UNRWA obyektində qaldığı və bu 98 obyektdən 64-nün Xan Yunis və Rəfahda olduğu bildirilib.
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi 21 oktyabr-4 dekabr tarixləri arasında 1,3 milyon dollar dəyərində 10 min 59 ton un, 323 ton dərman və tibbi ləvazimat, təxminən 10 milyon litr su, fövqəladə hallarda istifadə üçün hazırlanmış 2,5 milyon yüksək enerjili peçenye olduğu , 990 min zülal əsaslı konservləşdirilmiş qida və 1,9 milyon pendir paylandığı qeyd edilib.
Açıqlamada, ərzaq yardımından əlavə 23 min 25 çarpayı, 36 min 680 ailə gigiyena dəsti, 1,1 milyon uşaq bezi, 47 min 530 ədyal və 90 min 240 təmizlik materialının paylandığı bildirilib.
Ayna,
Sitat.info