Ev sahibi olmadan sayğacları dəyişdirənlər CƏZALANDIRILDI

11:41 8 Aprel 2022

Abonentin iştirakı olmadan sayğacları dəyişdirən əməkdaşlar tənbeh edilir.

SİTAT.İNFO Lent.az-a istinadən xəbər verir ki, bunu "Azəriqaz" İB-in rəhbəri Ruslan Əliyev deyib.

O bildirib ki, abonentin iştirakı olmadan sayğacı dəyişən əməkdaşlarımız var:

"Biz onları işdən çıxarır, əmək haqqını kəsir və tənbeh edirik. Çalışırıq ki, mütləq şəkildə abonentin iştirakı təmin olunsun".



Xəbər xətti