Konqres Kiyevə yardımdan imtina etsə... - NATO

09:30 8 Dekabr 2023

Amerikalı qanunvericilər Ağ Evin əlavə maliyyə tələbini təmin etməyə razı olmasa, Qərb ABŞ-ın Ukraynaya göstərdiyi hərbi yardımı dərhal əvəzləyə blməyəcək.

Sitat.info xəbər verir ki, bu barədə NATO-nun adı açıqlanmayan nümayəndəsi danışıb.

Onun sözlərinə görə, ABŞ Kiyevə hərbi dəstəkdə böyük rol oynamaqda davam edir:

“Ukraynanın avropalı tərəfdaşları bu istiqamətdə səylərini artırsalar da, ABŞ-ın həm çatdırılma müddəti, həm də ehtiyatlar baxımından hərbi yardım göstərmək üçün çox uyğun sistemlər və sahələri var.

Bununla belə, amerikalı qanunvericilər Kiyev üçün yeni vəsaiti təsdiqləməkdən imtina etsələr belə, Qərbin Ukraynaya yardımı dayandırmasından danışmaq düzgün deyil”.

Qeyd edək ki, ABŞ Konqresi Ukraynaya növbəti ildə hərbi yardımla bağlı büdcəni təsdiqləməyib.



Xəbər xətti