Rusiyada araq istehsalı azaldı

10:23 8 Dekabr 2023

Yanvar-noyabr aylarında Rusiyada araq istehsalı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 4,7% azalaraq 71,9 milyon dekalitr, konyak istehsalı 3,9% artaraq 7,8 milyon dekalitr təşkil edib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Alkoqol və Tütün Bazarlarına Nəzarət Federal Xidmətindən verilən məlumatda bildirilib.

Məlumata görə, yanvar-noyabr aylarında alkoqollu məhsulların istehsalı (pivə, sidr istisna olmaqla) 172,5 milyon dekalitr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% azdır. O cümlədən dərəcəsi 9 faizdən yuxarı olan spirtli içkilərin istehsalı 3,4 faiz azalaraq 99,98 milyon dekalitr təşkil edib.



Xəbər xətti